Bakı-Həştərxan-Bakı istiqamətində təyyarə uçuşları bərpa edilir

18 Avqust 2014 11:26
Sentyabrın 22-dən başlayaraq, "Azərbaycan Hava Yolları" QSC Bakı-Həştərxan-Bakı istiqamətində (bazar ertəsi/çərşənbə axşamı günləri) müntəzən uçuşların yerinə yetirilməsini bərpa edir.

Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat veriblər.

Bakıdan uçuş saat 19.00-da (eniş 19.20), Həştərxandan uçuş (05.35) isə saat 03.15-də həyata keçiriləcək.

Uçuşlar müasir və komfortlu Embraer tipli hava gəmiləri ilə həyata keçiriləcəkdir.

Milli.Az