İranda güclü zəlzələ: yaralıların sayı artır - YENİLƏNİB

18 Avqust 2014 14:58
14:58

Trend-in məlumata görə, zəlzələ nəticəsində xəsarət alanların sayı artıq 260 nəfərə çatıb. Məlumata əsasən, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.

Bundan əvvəl "Fars" agentliyinin verdiyi məlumata görə, xəsarət alan 80 nəfərdən 59-u artıq evə buraxılıb. Zəlzələ nəticəsində kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.

--------
13:42

İranın qərbindəki İlam əyalətinin Abdanan vilayətinin Mormori şəhərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend bazar ertəsi IRINN telekanalına istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ avqustun 18-də yerli vaxtla saar 07:02-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində 80 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.

Fars agentliyinin məlumatına görə, xəsarət alan 80 nəfərdən 59-u artıq evə buraxılıb. Zəlzələ nəticəsində kəndlərə su, elektrik enerjisinin verilişində problem yaranıb.

Abdanan vilayətinin valisi Məcid Əsgəri deyib ki, zəlzələ nəticəsində Mormori şəhərinin infrastrukturunun 70-80 faizi zədələnib. Onun sözlərinə görə, güclü zəlzələdən sonra 30 xırda zəlzələ qeydə alınıb.

---------
12:40

İranın qərbindəki İlam vilayətinin Mormori şəhərində 6,1 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend bazar ertəsi IRINN telekanalına istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ avqustun 18-də yerli vaxtla saat 07:02-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

İlkin məlumata görə, zəlzələ nəticəsində 80 nəfər xəsarət alıb. Məlumata görə, zəlzələ bölgəsində olan evlərin 50 faizi zərər çəkib.

----------
10:11

İranın qərb hissəsində, İraqla sərhəddə güclü zəlzələ olub.

Anspress-in məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidmət mərkəzinin mətbuat xidməti xəbər yayıb.

Zəlzələnin gücü 6,2 maqnituda ilə ölçülüb.

Zəlzələnin episentri Tehran şəhərindən 480 km cənub-qərbdə yerləşən Dizful şəhərinə düşüb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələdən zərərçəkənlər haqda informasiya yoxdur.

Milli.Az