Dünya belə model görməmişdi - FOTO

18 Avqust 2014 12:21

Amerikalı Şantel Braun-Yanq (Chantelle Brown-Young) dünya moda biznesinin ən unikal modellərindən biri sayılır.
 

Nadir dəri xəstəliyi olan Vitiliqo sindromuna mübtəla olmuş 19 yaşlı Şantel "America's Next Top Model" müsabiqəsinə qatılandan sonra məşhurlaşıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 4 yaşı olanda vücudunda ağ ləkə yaranan Şanteli valideynləri həkimə aparmışdılar. Müayinədən sonra Şantelə Vitiliqo sindromu və ya "ağ dəri xəstəliyi" diaqnozu qoyulmuşdu.
 

"Məktəbdə oxuyanda uşaqlar sürəkli olaraq mənə sataşır, təhqir edir, ağaşılayırdılar. Onların öhdəsindən gəlmək üçün özüm özümə "Sən çox gözəlsən" deyirdim. Bədbinliyə düçar olmadım, bəlama yenilmədim", - Şantel söyləyir.
 

16 yaşı olanda Kanadanın Toronto şəhərində bir fotoqraf ona maneken olmağı məsləhət görüb. Bir müddət sonra isə Şantelin İnstagram-dakı fotolarını Tayra Benks görüb və qızı "America's Next Top Model"ə dəvət edib.
 

İndi Şantel Braun-Yanq müxtəlif fotosessiyalara və reklam kliplərinə çəkilir.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.