Nejat İşler sağalmağa başlayıb - FOTO

18 Avqust 2014 10:51

Türkiyənin populyar aktyorlarından biri, film və seriallardakı rolları ilə tanınan Nejat İşler, deyəsən, həkimlərin tələblərini yerinə yetirməyə başlayıb.

O, sürəkli spirtli içkilər içmək və siqaret çəkməyinə ara verərək sağlam həyat tərzini seçdiyini vurğulayıb.
 

Milli.Az Milliyet-ə istinadən bildirir ki, septik şok keçirmiş N.İşler iki dəfə əməliyyat olunmuş, həftələrlə koma vəziyyətində qalmışdı. Onun sol əlinin barmaqlarının uclarında qanqrena başladığı üçün amputasiya əməliyyatı da aparılmışdı.
 

Dünən N.İşler Bodrumun Gümüşlük bölgəsində bir xanımla birlikdə olub.
 

Aktyor xanımın kim olduğunu söyləməyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.