Qızcığaz Azərbaycanı Avropada birinci elədi - VİDEO - FOTO

18 Avqust 2014 11:17

Azərbaycan ilk dəfə olaraq Makedoniyanın Struga şəhərində keçirilən Lake Pearls (Ezerskie Biseri) musiqi festivalında təmsil olunub

İsrail, Almaniya, Bolqariya, Rusiya, Ukrayna, Malta, İspanya, İtaliya və s. olmaqla 27 ölkədən 400-ə yaxın təmsilçinin iştirak etdiyi festivalda ölkəmizi 7 yaşlı Selcan Müseyibova təmsil edib. 10 gün davam eden festival günlərində təmsilçimiz 2 səhnə alaraq kiçik yaşlı iştirakçılar arasında " Ən yaxşı səs" nominasiyasinda birinci olub.

Milli.Az xəbər verir ki, festivalda münsifler heyəti qismində Azərbaycanı "Addım Gənclər Təşkilatı"nın sədri, prodüser Hüseyn Cavadzadə təmsil edib. Qeyd edək ki, Selcan Müseyibova ötən il ölkəmizi Bolqariyada keçirilən "Golden Sparkles" festivalında təmsil edib, iki nominasiyada qalib olmuşdu.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.