Avropada ölümcül virus daşıyıcısı aşkarlandı

18 Avqust 2014 10:19

Məlumata görə, Alikante şəhərində saxlanılan şəxs nigeriyalıdır

İspaniyada daha bir Ebola virusu daşıyıcısı aşkarlanıb.

Anspress-in məlumatına görə, Alikante şəhərində saxlanılan şəxs nigeriyalıdır. O, bir neçə gün əvvəl İspaniyaya mühacirət etdiyini deyib. Hazırda şəxs karantin nəzarətinə götürülüb. Bir müddət əvvəl Qərbi Afrikada xəstələrin müalicəsinə kömək edən ispaniyalı rahib də bu xəstəlikdən ölmüşdü.

Xatırladaq ki, öldürücü gücə malik Ebola virusu ilk olaraq 2014-cü ilin fevral ayında Qərbi Afrika ölkələri olan Liberiya, Qvineya, Nigeriya və Syerra-Lionedə aşkarlanıb. Xəstələr arasında ölüm göstəricisi təxminən 90% təşkil edir ki, bunun da yoluxma yolları müxtəlifdir. Virusun insan oprqanizminə düşməsi əsasən yoluxmuş heyvanların qanı və digər bioloji mayelər ilə sıx təmas nəticəsində habelə, insandan-insana yoluxma ilə baş verir.

Milli.Az