Qaynına 12 bıçaq vurdu

18 Avqust 2014 10:45

Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib

APA-nın xəbərinə görə hadisə Ağdaş şəhərində qeydə alınıb. Rayon sakini 1979-cu il təvəllüdlü Babazadə Rəmzi Məcnun oğlu ilə yaşadığı evə qonaq gələn qaynı, 1990-cı il təvəllüdlü Hüseynov Tural Rəhman oğlu arasında ailə münaqişəsi zəminində dava baş verib.

Rəmzi Babazadə mətbəx bıçağı ilə qaynı Tural Hüseynovun bədəninin müxtəlif nahiyələrinə 12 bıçaq xəsarəti yetirib. Tural Hüseynov ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az