Qaya parçaları yollara tökülərək hərəkəti iflic edib
Ekvadorun paytaxtı Kitoda ötən həftə güclü zəlzələnin fəsadları aradan qaldırılmamış, yeni yeraltı təkanlar baş verib.
Anspress-in məlumatına görə, təkanlar yenə də dağıntılara səbəb olub. Bu dəfə zəlzələ nisbətən zəif - Rixter cədvəli ilə 4,7 bal gücündə olsa da, dağıntılara yol açıb.
Zəlzələ Kito yaxınlığında yerləşən Kalderon şəhərində də hiss edilib. Burada yeraltı təkanlar iri qaya parçalarının tökülərək, bir neçə yolu bağlamasına səbəb olub. Nəqliyyatın hərəkəti iflic olub.
Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur. Milli.Az