Dəfələrlə Milli.Az-a daxil olan şikayətlər göstərir ki, metroda gedişhaqqı yükləmək üçün olan aparatlar manatı qəbul etmir. Məcburiyyət qarşısında qalan sərnişinlər kağız pulu qəpiklərə çevirmək əziyyətinə qatlaşmalı olurlar. Elgün adlı sərnişinin üzləşdiyi problem də gedişhaqqı yükləməklə bağlı olsa da, bir qədər fərqlidir. O, gedişhaqqı yükləyərkən pulundan olub.Bakı metrosunda sərnişinlərin tez-tez üzləşdiyi bu problemi "metro manatı bəyənmir" kimi yozsaq, bəlkə də səhv etmərik.