Türkiyədə PKK-ya heykəl qoyuldu

18 Avqust 2014 10:22

Türkiyənin Diyarbəkir vilayətinin Liçe rayonundakı Yolaçtı kəndinin qəbristanlığında PKK terror təşkilatının həlak olmuş üzvləri üçün ayrıca məzarlıq olduğu aşkarlanıb.
 

Bu azmış kimi, bu məzarlıqda PKK terrorçusu, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlardan birində öldürülmüş Mahsum Korkmaza abidə də qoyulub.
 

Milli.Az Milliyet-ə istinadən bildirir ki, heykəllə bağlı olaraq Diyarbəkir valiliyi araşdırmalara başlayıb.
 

Abidənin açılış mərasiminə HDP üzvü, Diyarbəkirdən seçilmiş millət vəkili Nursel Aydoğan, DBP partiyasının həmsədrləri Emina AynaKamuran Yüksek də qatılmışdılar.
 

Mərasimdə minlərlə kürd iştirak edib.
 

Milli.Az