"Rosneft" müflis oldu

16 Avqust 2014 10:21

Rosneft Rusiya hökumətindən 42 milyard dollarlıq borc istəyib

Rusiyada dövlət tərəfindən idarə olunan enerji nəhəngi "Rosneft" Qərbin tətbiq etdiyi sanksiyalardan sonra hökumətdən 42 milyard dollarlıq (33 milyard AZN) borc istəyib.

Anspress-in məlumatına görə, hökumət deyib ki, "Rosneft"in rəhbəri İqor Seçinin xahişinə növbəti iki həftə ərzində baxacaq.

Rusiyaya qarşı sanksiyalara görə "Rosneft"in maliyyə toplamaq imkanları məhdudlaşdırılıb.

"Rosneft" pulu Milli Rifah Fondundan istəyib. Bu fond dövlət təqaüdlərini maliyyələşdirir.

Ötən ay ABŞ "Rosneft" və "Novatek" şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Qeyd edək ki, "Novatek" Rusiyanın ikinci ən böyük qaz istehsalçısıdır.

Milli.Az