İranda zəlzələ

16 Avqust 2014 09:26
Cümə günü İranın Buşəhr vilayətinin cənub-qərbində yerləşən Kaki şəhərində 5 ballıq zəlzələ baş verib.

Anspress-in məlumatına görə, Tehran Universitetinin Geofizika institutunun nəzdindəki seysmoqrafiya mərkəzinin hesabatında bildirilir ki, zəlzələ yerli vaxtla saat 19:18-də baş verb.

Xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.

Qeyd edək ki, 2013-cü ildə İranın 3 şəhəri - Hormuc, Kaki və Şombe şəhərlərində 6,1 bal gücündə baş verən zəlzələ nəticəsidə 39 nəfər ölmüş, mindən çox adam xəsarət almışdı.

Milli.Az