6-7 yaşda olan uşaqların xasiyyətində və davranışında kəskin dəyişikliklər müşahidə olunur. Uşaq artıq xeyli böyüməyinə baxmayaraq, sözə qulaq asmır, valideynin tənqidini eşitmək istəmir və istəklərinə gec reaksiya verir. Bu yaş dövrünü ağır keçirənlər oyuncaq və oyunlardan imtina edir, uşaq kimi görünməkdən qorxurlar.7 yaş sindromu müşahidə olunan uşaqlar özünü tərs aparır, tənqidə qarşı aqressiya göstərirlər