Kişilər daha sonsuz olmayacaqlar

15 Avqust 2014 17:05

Alimlər kişi sonsuzluğunun qarşısını ala biləcək süni zülal hazırlayıblar

Kanadanın Kuinsi Universitetinin alimləri kişi sonsuzluğunun qarşısını almaq üçün zülal sintez ediblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, spermatozoidlərin tərkibində olan PAWP zülalı yumurtalıqda embrionun yaranması üçün vacibdir. Spermatozoidlərdə həmin zülalın işləməməsi sonsuzluğa səbəb olur.

Embrion yaranmaması sonsuzluq formalarından biridir. Bu günə qədər kişi sonsuzğulunun qarşısını almaq üçün müxtəlif müalicə metodları mövcuddur. Statistikaya əsasən, bu müalicələrin yalnız 37%-i uğurla nəticələnir.

Alimlər ümid edirlər ki, yeni müalicə üsulu kişi sonsuzluğunun qarşısını daha yaxşı alacaq.

Milli.Az