"Şairin tərcümeyi-halı olmur, taleyi olur" deyiminin doğruluğuna bu yazını hazırlayarkən bir daha əmin oldum. Ona da əmin oldum ki, bu taleyi hər qələm adamı yaşaya, özü də sona qədər yaşaya bilmir. Çünki bu yolda səni Xaqani kimi Vətəndən uzaqlarda ölmək, Nəsimi kimi dərisi soyulmaq, Sabir kimi məşəqqətlərə dözmək, Hadi kimi yaşamaq üçün əsərlərini satmaq, Cəlil Məmmədquluzadə kimi isinmək naminə əlyazmalarını yandırmaq kimi min bir əzab-əziyyət gözləyir. Sözü hər zaman diri, ölməz qalan belə tale sahibləri təkcə bir ömür yaşamır. Onların həyat kredosu ömrü boyu ölüm-qalım dilemması qarşısında çarpışmadan keçir.Avqustun 16-sı Xalq Şairi Bəxtiyar Vahabzadənin doğum günüdür