Haitini kütləvi iğtişaş dalğası bürüyüb

9 Dekabr 2010 09:17
Haitidə prezident seçkilərinin birinci turunun nəticələrinin elan edilməsindən sonra ölkəni bürümüş kütləvi iğtişaşlar zamanı ən azı 2 nəfər həlak olub və onlarla insan yaralanıb.
İkinci tura çıxmaq üçün 1% səsi çatmamış Mişel Martellinin tərəfdarları küçələrə çıxıblar.

İlkin nəticələrə görə müxalifətçi Mirland Maniqa 31,37% səs toplayıb. İqtidar koalisiyasının namizədi Jüd Selesten 22,48% səs yığıb. Martelli 21,84% səslə üçüncü yeri tutub.
Paytaxt Port-o-Prensdə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etsə də nümayişlərin qarşısını almaq mümkün olmayıb. Ölkədə hava limanları bağlanıb. Bir sıra xarici aviaşirkətlər müvəqqəti olaraq Haitiyə aviareysləri dayandırıblar. Ölkə prezidenti Rene Preval əhalini nizam-intizama çağırıb və BMT qüvvələrindən asayişi bərpa etməkdə yardım istəyib.

/APA/