Mazda CX-5 2015-in ilk şəkilləri dərc edilib - FOTO

15 Avqust 2014 21:37
Mazda şirkəti CX-5 krossoverini dörd il bundan əvvəl bazara çıxarıb. Buna görə də fotocasusların Almaniyada ümumi istifadə yollarında onun feysliftinq edilmiş versiyasının şəkillərini çəkmələri təəccüblü deyil.

Üzərindəki örtüyə əsasən, demək olar ki, avtomobil yeni qabaq bamper, yenidən işlənmiş radiator barmaqlığı və restaylinq olunmuş əsas işıq faraları əldə edib. Mümkündür ki, krossover yeni dizaynlı arxa fənərlərə də sahib olacaq.

Yenilənmiş Mazda CX-5 krossoverin rəsmi təqdimatı bu il nəzərdə tutulur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.