O, dünyada ən sürətli və ən güclü sedandır - FOTO
15 Avqust 2014 20:38
İstehsalçının "dünyada ən sürətli, ən çevik və ən güclü sedan" kimi təqdim etdiyi Dodge Charger SRT Hellcat 707 a.g. və 880 Nm fırlanma anı hasil edən 6.2 littrlik V8 mühərrikinə sahibdir. Mühərrik 8 pilləli avtomat ötürücü qutu ilə birgə çalışır. Bu isə avtomobilə ¼ milin öhdəsindən 11,0 saniyədə gəlməyə və maksimal 328,3 km/saat sürətlə hərəkət etməyə imkan verir. Bundan əlavə, Dodge Charger SRT Hellcat 0-161-0 km/saat "sürətlənmə və tormozlonma"ya 13 saniyədən az vaxt sərf edir.
Milli.Az "4çarx"a istinadən xəbər verir ki, avtomobilin xarici görünüşü onun aqressiv içliyinə uyğundur: o yenidən işlənmiş qabaq bamperə, restaylinq edilmiş barmaqlığa və C-şəkilli işıqdiod gündüz hərəkət işıqlarına sahibdir. Sedan həmçinin mərkəzində iri hava çəpəri olan alüminium kapot, yeni arxa bamper, yük yeri qapağı üzərində spoyler, qoşa xaricetmə sistemi borusu və Pirelli P Zero şinləri geyindirilmiş 20 düymlük alüminium təkər diskləri əldə edib.
Dodge Charger SRT Hellcat istehsalı 2015-ci ildə başlanacaq, satış qiymətləri avtomobilin buraxılışına yaxın elan ediləcək.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.