"Amazon" smartfonlar üçün bank kartları oxuyucusu təqdim edib
16 Avqust 2014 22:26
"Amazon" şirkəti "Amazon Local Register" mobil ödəmə terminalını nümayiş etdirib. Ödəmə terminalı "Android" və ya "iOS" platforması ilə işləyən smartfon və ya planşetə birləşdirilir.
Milli.Az ictnews-a istinadən bildirir ki, 10 dollarlıq qurğu kiçik biznes üçün nəzərdə tutulub: ABŞ-da kiçik mağaza, kafe və ya taksi sürücülərinə bank kartlarından ödənişləri qəbul etməyə imkan verəcək. Rider üçün mobil tətbiqi "Amazon Appstore", "Apple App Store" və ya "Google Play"dən ödənişsiz yükləmək mümkündür. "Amazon" riderdən istifadə etmək istəyən biznes təşkilatları saytda hesab yaratmalı, tətbiqi yükləməli və rideri satın almalıdır.
Satıcının riderin köməyi ilə qəbul etdiyi pul ya birbaşa onun bank hesabına, ya da "Amazon" hesabına oturur. 31 oktyabradək rideri satın almış istifadəçilər üçün 2016-cı ilin yanvarınadək xidmətin komissiyası hər əməliyyatdan 1,75% təşkil edəcək. Oktyabrdan sonra qeydiyyatdan keçmiş müştərilər 2,5% komissiya haqqı ödəməli olacaqlar.
"Amazon Local Register" hələ ki yalnız ABŞ-da əlçatandır.
Milli.Az