Türk aktrisa aldığı pulu 2 dəfə artırdı

18 Avqust 2014 14:35

Türkiyənin gənc və populyar aktrisalarından biri Yasemin Allen gəlirlərini ikiqat artırmaq niyyətindədir.
 

"Merhamet", "Muhteşem yüzyıl" teleserialları, "Su ve ateş" filmindəki rollarından sonra məşhurlaşan aktrisa bundan belə çəkildiyi teleseriallarda hər seriya üçün ən azı 30 min lirə alacaq.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyə kinematoqrafının əfsanələrindən sayılan Suna Yıldızoğlunun qızı Yasemin Allenin dediyinə görə, sentyabrda nümayiş olunmağa başlayacaq "Şeref meselesi" adlı yeni layihəyə çəkilir.
 

Aktrisa artıq 120 min lirə aldığını söyləyib.
 

Milli.Az