Jaguar klassik E-Type modelinin istehsalını bərpa etməyi qərara alıb - FOTO

14 Avqust 2014 20:29
Lightweight E-Type modelinin ilk versiyası hələ 1963-cü ildə buraxılıb. Retro yeni modelin premyerası avqustun 14-də Pebbl-Biçdə Zəriflik müsabiqəsində keçiriləcək.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, lap əvvəldən şirkət 18 nüsxə yüngül Lightweight E-Type sportkarı istehsal etməyi planlaşdırmışdı, lakin o zaman yekunda onlardan yalnız 12 ədədi buraxıldı. İndi isə avtoistehsalçı qalan 6 avtomobili də istehsal etməyi qərara alıb.

Jaguar mütəxəssisləri 50 il bundan əvvəl buraxılmış sportkarı mümkün qədər dəqiqliklə bərpa etməyə çalışıblar. Yeni avtomobil əl ilə düzəldilmiş alüminium monokok və kapot, qapılar, yük yeri daxil olmaqla qapalı alüminium korpus və siyirmə alüminium tavan əldə edib. Salonda kürsülər dəri ilə üzlənib, sükan çarxı ağacdan, sürət dəyişmə rıçaqı dəstəyi isə alüminiumdan hazırlanıb.

Retro-sportkar 344 a.g. və 380 Nm fırlanma anı hasil edən 3.8 litrlik altı silindrli alüminium mühərriklə təchiz ediləcək.

Altı nüsxə yeni Lightweight E-Type sportkarın hamısı retro-avtomobil yarışlarında iştirak etmək üçün nəzərdə tutulub və FIA sertifakatları alıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.