"Whatsapp" istifadəçilərinə şok

13 Avqust 2014 12:01
Whatsapp rəhbərliyinin dəyişilməsi ilə birlikdə Facebook-un 19 milyard dollar xərcləməsindən sonra, whatsapp-ın ödənişli olacağını düşünənlər bundan istifadə etməyə başlayıblar. Belə ki, Whatsapp-da təsadüfi istifadəçilərə mesajlar göndərilib.

Bizimyol.info xəbər verir ki, mesajlarda Whatsapp-ın bazar günündən etibarən ödənişli olacağı və hər mesaj qarşılığında 0.01 avro ödəniləcəyi bildirilir. Bu mesajın ən azı 10 adama göndəriləcəyi təqdirdə Whatsapp logosunun mavi rəng olacağı və ödənişsiz istifadə edilə biləcəyi qeyd edilir. Ancaq yayılan bu xəbər həqiqətə uyğun deyil. Whatsapp-ın istifadəçilərdən ildə bir dəfə ödəniş götürdüyü doğrudur.

Lakin hər mesaja görə ödəniş edilməsi xəbərləri yalandır. Bu səbəblə bu tip mesajlara heç bir şəkildə etibar edilməməsi lazımdır.

Bu "Whatsapp" fırıldağı yeni deyil. Keçən il də buna bənzər bir formada bir çox Whatsapp istifadəçisinə mesajlar gəlirdi.

Mesajda yenə Whatsapp-ın ödənişli olacağı, ancaq bu mesajı dostlarınızla paylaşdığınızda logonuzun mavi olacağı və Whatsappdan ödənişsiz istifadə edilə biləcəyi bildirilirdi. Əlbəttə, bu bir tələdir. Bu tip mesajlara inanan insanların sayəsində mesajlar qısa bir müddətdə yayıldı.

Mesajlar o qədər geniş yayıldı ki, hətta Twitter-də ən çox müzakirə edilən mövzülar siyahısına da girdi.

Milli.Az