Röya: "Eşqim, mənimlə eyni səhnəni paylaşmağa hazır ol"

12 Avqust 2014 17:56
Müğənni Röya Ayxan ifaçı qardaşı İsmayıl Nəcəfova yaradıcılığında kömək edəcək
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, illərdir qardaşına dəstək olmadığı üçün qınanan sənətçi bu il solo-konsertində səhnəni onunla paylaşacağını bildirib. Röya bu barədə İnstaqram səhifəsində qardaşı İsmayıla mesaj göndərib:

"Eşqim, mənimlə eyni səhnəni paylaşmağa hazır ol. Səni bu il Heydər Əliyev Sarayında təqdim edəcəm. Gələn il sənə sürprizlərim olacaq. Dayanmadan üzərində işlə".

İ.Nəcəfov isə bacısına belə cavab verib:

"İnşallah, bacım. Allah bizi bizdən ayırmasın. Səninlə bir səhnəyə çıxmaq mənim üçün ən böyük şərəf və qürur olacaq. Səbirsizliklə gözləyirəm. Allah hamımızın yolunu açıq etsin".

Milli.Az