Bakıda bala sevgisi ananı da ömründən etdi - YENİLƏNİB - VİDEO - FOTO
12 Avqust 2014 12:49
12:49
Bakının Yasamal rayonunda ana və qızın intihar faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Bu barədə Trend-ə Yasamal rayon prokuroru Həsrət Pirməmmədov məlumat verib.
H.Pirməmmədov deyib ki, ölümün səbəblərini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Aytac Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər.
Prokuror bildirib ki, Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: "Bağışlayın, özümü öldürürəm" sözlərini qeyd edib. Onun dalınca anası özünü atıb.
-----------
12:39
Yasamal rayon prokuroru: "17 yaşlı Aytac Fərzəliyeva intihardan əvvəl məktub yazıb"
Bakıda baş verən dəhşətli intiharın bəzi təfərrüatları məlum olub.
Yasamal ayon prokuroru Həsrət Pirməmmədov APA-ya bildirib ki, 17 yaşlı Aytac Fərzəliyeva intihar etməzdən əvvəl məktub yazıb. O, məktubunda: "Bağışlayın, özümü öldürürəm" sözlərini qeyd edib.
Rayon prokurorunun sözlərinə görə, hadisə baş verən zaman evdə intihar edən qızın atası, anası və dayısı olublar. Əvvəlcə qız özünü binadan atıb. Sonradan isə anası binadan düşüb. Ananın hansı şəraitdə binadan düşməsi isə hələlik məlum deyil: "Hadisənin dəqiq səbəbləri araşdırmalar başa çatandan sonra məlum olacaq".
Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirib ki, həmin ailənin 14 yaşlı qızı Aytən Fərzəliyeva bir neçə gün əvvəl itkin düşüb.
---------
11:54
Yasamal rayonunda ana və qızının ölümü ilə nəticələnən faciə barədə bəzi məqamlar məlum olub. Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, özünü 9-cu mərtəbədən atan 1997-ci il təvəllüdlü Yeganə Fərzəliyevanı anası xilas etmək istəyib. Lakin qızın anası Kifayət Abbasova balasını xilas edə bilməyib. Nəticədə qadın ya ehtiyatsızlıqdan, yaxud da bilərəkdən 9-cu mərtəbədən yıxılıb.
Hazırda ananın intihar edib-etməməsi məlum olmasa da, qızın nə səbəbdən özünü öldürməsi məlumdur.
Bildirilir ki, qızın kiçik bacısı bir müddət əvvəl evdən yoxa çıxıbmış. Sonradan qız tapılıb. Bu hadisə 17 yaşlı qıza pis təsir edib. Qızın bu səbəbdən də özünü öldürməsi ehtimal edilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
----------
10:26
Bakı şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 09.30 radələrində Yeni Yasamal 2, ev 10 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun qızı, 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar ediblər. Onların intihar etməsinin səbəbləri hələlik məlum deyil.
Polisdən həmçinin bildirilib ki, iki üzvü intihar edən ailənin bir neçə gün əvvəl 14 yaşlı qızları itkin düşüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Milli.Az
----------
12:39
Böyütmək üçün şəkillərə klikləyin.














---------
11:32
Videonu izləmək üçün şəklə klikləyin.