Eyyub Yaqubov "Sovetski"yə mahnı oxudu - VİDEO
11 Avqust 2014 21:08
Əməkdar artist Eyyub Yaqubov "Sovetski" adlanan əraziyə qoşulmuş mahnı oxuyub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni-bəstəkar Elçin İmanovla birlikdə həmin nəğməyə video-çarx hazırlayan E.Yaqubov yeni ifasından bəhs edib:
""Sovetski"nin təmtəraqla sökülməsi ərəfəsində bu mahnını Allah Elçin qardaşımıza ilham etdi. Doğrudan da, bəstədə deyildiyi kimi, bu "Sovetski" "vid-fasonu" olsa da, "yevropeyski" ürəklərdə yaşayacaq. Eşq olsun, bütün köhnə "Sovetski" adamlarına!"
Sözügedən mahnını təqdim edirik.
Milli.Az