Britaniyalılar superkompüter yaratdılar
11 Avqust 2014 22:24
2015-ci ilin yanvarında Britaniyanın "Optalysys" şirkəti 340 qiqaflops mədsuldarlığında yığcam optik kompüterin prototipini nümayiş etdirmək niyyətindədir. Mövcud superkompüterlərlə müqayisədə daha yeni sistem aşağı enerji sərfiyyatına malikdir. 2017-ci ildə belə qurğuların kommersiya istifadəsinə başlanıla bilər.
Milli.Az ictnews-a istinadən bildirir ki, "Optalysys" şirkətinin mühəndisləri əmin edirlər ki, Çinin 320 milyonluq "Tianhe-2" superkompüteri işləməsi üçün illik 21 milyon məbləğində investisiya tələb edir. Britaniyalıların optik superkompüterindən istifadəyə illik xərclər 2000 funt-sterlinqdən bir qədər çox olacaq.
2017-ci ildə britaniyalılar "Big Data" və "Optical Solver Supercomputer" sistemlərini təqdim etmək niyyətindədirlər. Birinci 1,32 petaflops məhsuldarlığa malik olacaq, 2020-ci ilədək 200 petaflopsadək artacaq. "Optical Solver" sistemi isə 9 petaflops məhsuldarlıq təmin edəcək, 2020-ci ilədək bu göstərici 17,1 eksaflopsa çatacaq.
Milli.Az