Ərdoğan prezident seçkilərində liderlik edir - YENİLƏNİB - FOTOSESSİYA
10 Avqust 2014 22:20
22:20
Türkiyədə seçki qutularının artıq 93 faizi açılıb. Trend Türkiyə Ali Seçki Şurasına (MSK) istinadən bu barədə məlumat verir.
İlkin məlumata görə, Türkiyədə prezident seçkilərində seçicilərin 56,56% səsini toplayaraq baş nazir Rəcəb Tayyib Ərdoğan liderlik edir.
Ekmələddin İhsanoğlu 37,48 faiz səslə ikinci, Səlahəddin Dəmirdaş isə 8,96 faiz səs toplayaraq üçüncüdür.
Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.
2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var.
Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam etdi. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.
Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.
Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.
Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.
I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.
---------
22:00
Türkiyə baş nazirinin tərəfdarları prezident seçkilərində Istanbulda qələbəni bayram edirlər.
Trend TRT Haber türk telekanalına istinadən bu barədə məlumat verir.
Telekanalın məlumatına görə, 5 mindən çox Ərdoğanın tərəfdarları baş nazirin evinin qarşısında toplaşıblar.
İlkin məlumatlara görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 54,56% səs toplayaraq prezident seçkilərində liderlik edir. Bu barədə Türkiyənin Ali seçki şurası (MSK) bazar günü xəbər verir.
Türkiyənin MSK-nın məlumatına görə, seçki qutularının 68,01 faizi açılıb.
İlkin nəticələrə görə ikinci yerdə 36,93 faizlə Ekmələddin İhsanoğlu gedir, üçüncü isə 8,51% səslə Səlahəddin Dəmirdaşdır.
---------
20:49
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərində, 56,97% səs faizi ilə liderlik edir. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Mərkəzi Seçki komitəsi məlumat verib.
Məlumata əsasən ümümilikdə ölkədə 45.54 % seçki qutusu açılıb.
Məlumata əsasən 35.55 % səs faizi ilə ikinci yerdə, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, üçüncü yerdə isə, 8.37% səs fazii ilə, kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaş gəlir.
---------
19:07
Türkiyədə bu gün yerli saatla 08:00-da başlayan 12-ci prezident seçkiləri 18:00-da başa çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.
Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.
Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.
Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.
I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.
--------
17:05
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan səsvermədə iştirak edib Trend- in məlumatına görə,bu haqda Türkiyənin TRT haber telekanalı məlumat verib.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən prezident seçkilərində seçici fəallığının yüksək olacağına ümidvar olduğunu bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.
Baş nazir qeyd edib ki, ölkədə keçirilən prezident seçkiləri Türkiyənin gələcəyi üçün çox önəmlidir.
----------
16:39
Türkiyə prezidenti Abdullah Gül ölkədə keçirilən prezident seçkilərində səs verib.Trend-in məlumatına görə, bu haqda Türkiyənin TRT haber telekanalı məlumat verib.
Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.
2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var.
-----------
10:13
Milli.Az Trend-ə istinadən bildirir ki, Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.
2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.
Türkiyədə 53 milyon 17 min 214 seçici var.
Prezident seçkiləri yerli vaxtla saat 17:00-dək davam edəcək. Seçkilər günü ölkədə istənilən əyləncə proqramı və spirtli içkilərin satışı qadağan olunub.
Türkiyədə prezident seçkilərinin gedişi haqqında rəsmi informasiya yalnız Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatı hesab oluncaq. Həmin məlumatlar yerli vaxtla 08:00-dən saat 21:00-dək MSK tərəfindən yayılacaq.
Avqustun 11-də seçkilərin ilkin nəticələri elan ediləcək. Türkiyə MSK avqustun 15-də prezident seçkilərinin rəsmi nəticələrini açıqlayacaq.
Prezident seçkilərində seçicilər 3 namizədə səs verirlər: Hakim Ədalət və İnkişaf Partiyası baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb. Cümhuriyyət Xalq Partiyası (CHP) İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlunu prezident postuna namizəd kimi irəli sürüb. Prezidentliyə üçüncü namizəd isə kürdyönümlü sabiq Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı "Xalqların Demokrat Partiyası" (HDP) sədri Səlahəddin Dəmirdaşdır.
I turda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də prezident seçkilərinin II turu keçiriləcək.
----------
08:55
Bu gün Bakı vaxtı ilə saat 10:00-da Türkiyədə ölkə tarixində ilk dəfə birbaşa prezident seçkiləri başlayacaq.
2014 Türkiyə prezident seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) - hazırkı prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12-ci prezidentini müəyyən etmək üçün keçirilməli olan seçkidir.
Anspress-in məlumatına görə, seçki tarixi, Türkiyə Ali Seçki Komissiyası (YSK) tərəfindən ilk turu 10 avqust 2014-cü il bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014-cü il bazar gününə təyin olunub. Xaricdə yaşayan türklər üçün olduqları ölkədə səsvermə tarixləri ilk tur üçün 31 iyul - 3 avqust 2014-cü il, ikinci dövr seçimi isə 17-20 avqust 2014-cü il olaraq açıqlanıb.
Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək. Prezident seçkisinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.
Türkiyə baş naziri ölkədə keçiriləcək ilk birbaşa prezident seçkisinində favorit hesab edilir. Rəcəb Tayyip Ərdoğan deyib ki, əgər bazar günü keçiriləcək seçkilərdə qalib gəlsə, konstitusiyada dəyişikliklər həyata keçirərək icraedici prezidentliyin əsasını qoyacaq. İndiyədək Türkiyədə prezident simvolik dövlət başçısı hesab edilib.
Bununla yanaşı, Ərdoğan deyib ki, o, Türkiyənin mövcud qanunlarına əsasən, prezidentə tam prezidentlik səlahiyyətləri verə bilər. Buraya parlamentin çağırılması, kabinetin iclaslarının çağırılması, baş nazir, nazirlər şurası və bəzi ali məhkəmə hakimlərinin təyinatı kimi səlahiyyətlər daxil ola bilər.
Ərdoğanın əsas rəqibi Ekmələddin İhsanoğlu isə prezidentin ənənəvi rolunu icra edəcəyinə söz verib.
Üçüncü namizəd Kürd Xalq Demokratik Partiyası tərəfdarı Səlahəddin Dəmirdaşdır.
Ərdoğanın kampaniya şüarı "Xalqın iradəsi, Xalqın gücü"dür. O deyir ki, bazar günü keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, artıq Türkiyə əvvəlki kimi olmayacaq.
Milli.Az
---------
13:51
Böyütmək üçün şəkillərə klikləyin.
Foto: AA