Günümüzdə evlilik və sevgi münasibətlərində qadın və kişi arasında olan yaş fərqinə böyük diqqət verilir. "Yaşa deyil, sevgiyə önəm veririk", "Əsas olan sevgidir", "Sevdikdən sonra yaş fərqi problem yaratmır", "Yaşın nə fərqi var ki?" deyib özlərindən yaşca çox kiçik və çox böyük insanlarla münasibətə girənlər kifayət qədərdir. Bəziləri isə yaş fərqini önəmli hesab edir, eşqin bir neçə ildən sonra bitdiyini və insanların yaş fərqinə görə uyğunsuzluq içərisində ailə kimi çox yaşaya bilmədiklərini düşünürlər.Ailə həyatı qurarkən tərəflər hər şeydən çox, yaşa diqqət yetirməlidirlər