Azərbaycan və Qazaxıstan iş adamlarının biznes-forumu keçiriləcək - FOTO

7 Dekabr 2010 19:26
Milli.Az xəbər portalına Azərbaycanın Aktaudakı Baş konsulluğundan verilən məlumata görə,  tədbir dekabrın 9-10-da təşkil ediləcək. Təşkilatçılar Azərbaycanın Aktaudakı Baş konsulluğu və "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"dır (ABİA).
Biznes-forumda Azərbaycanda istehsal olunan ərzaq və sanaye mallarının sərgisi təşkil olunacaq.

Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Z.Haşımov və Qazaxıstanın Azərbaycandakı səfiri S.Pirimbetov iştirak edəcəklər.
Sonda Azərbaycanın xalq artisti B.Dadaşovanın və digər incəsənət ustalarının iştirakı ilə qala konsert keçiriləcək.

Milli.Az