Aston Martin iki modelini yenilədi - FOTO

9 Avqust 2014 23:12
Britaniya sportkar istehsalçısı "Aston Martin" şirkəti yeni 2015-ci il üçün "Vanquish" və "Rapide S" modellərini yenilədi. Avtomobillərin əsas yeniliyi köhnə altıpilləli avtomat sürət qutusunun müasir səkkizpilləli "avtomat" ZF-lə əvəz edilməsi oldu.

Milli.Az auto.az-a istinadən bildirir ki, bundan başqa, güc qurğuları daha güclü olub və avtomobillərin asılqanı standart kosmetik yeniliklərlə tamamlanıb. Aristokratik ingilis yeniliyi bu ilin üçüncü kvartalında bazara çıxacaq.

Səkkizdiapazonlu transmissiya Touchtronic III "Aston Martin Vanquish" modelinə ilk yüzə, cəmi 3,8 saniyəyə, yəni əvvəlkindən 0,3 saniyə tez sürətlənməyə imkan verəcək.

"Rapide S" isə yarım saniyə sürətlənib 100 km/saata 4,4 saniyə sərf edəcək. Son hərəkət sürəti 324 və 327 km/saatdır. Yanacaq sərfi 11 faiz azalıb. İndi avtomobillər trassda 100 km yola 9 litrdən bir qədər çox yanacaq sərf edirlər.

СО2 tullantıları isə10 faiz azalıb - "Vanquish"-də 298 q/km-dək, "Rapide S"-də 300 q/km-dək olub. 5,9 litrlik V12 atmosfer mühərrikinin gücü "Vanquish"-də 3 a.g. artıb - 576 a.g., "Rapide"-də isə 2 a.g. artıb - 560 a.g. olub. Hər iki modelin maksimal fırlanma anı 10 Nm artıb, 630 Nm təşkil edir.

Modernləşdirmə elektron idarəetmə blokunun softuna təsir edib. 2015-ci ilin "Aston Martin Vanquish və Rapide S"-i əyləc gücləndiricisinin yeni qurğuları, interyer bəzəyinin təzə variantları, yeni konstruksiyalı onmilli təkərlər və banın yeni rəngləri ilə öyünə bilər.

Sportkar "Vanquish"-i asılqanın sərtliyini qabaqdan 15%, arxadan isə 35% artıran daha sərt yaylar, "Rapide S"-i isə gücləndirilmiş qabaq əyləclərlə təchiz ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.