APA-nın xəbərinə görə, xırda çaylarla yanaşı, Ağsu və Girdiman çaylarının da bu il ilk dəfədir ki, quruması hamını təəccübləndirib. Ağsu və Kürdəmirdə 30-dan çox kəndin su mənbəyi olan bu çayların quruması kənd təsərrüfatını iflic vəziyyətə salıb.Bu ilin yay aylarında havanın isti və yağmursuz keçməsi İsmayıllı, Qəbələ, Ağsu və Şamaxının bir çox dağ çaylarının qurumasına səbəb olub