"Lenovo" yeni smartfonunu nümayiş etdirib
7 Avqust 2014 21:57
Çinin "Lenovo" şirkəti yeni qabaqcıl "Vibe Z2 Pro" aparatını nümayiş etdirib. Fablet 6 düymlük "Quad HD" (2560x1400) təsvir ölçülü ekrana, tamamilə metaldan düzəldilmiş korpus və 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.
Müqayisə üçün qeyd edək ki, "Samsung Galaxy Note 3" akkumulyatorunun tutumu 3200 milliamper/saat, "HTC One Max" 3300 milliamper/saat. Bu halda "Lenovo"nun smartfonunun qalınlığı 7,7 mm və çəkisi 179 qramdır.
Milli.Az ictnews-a istinadən bildirir ki, "Vibe Z2 Pro" smartfonu 2,5 QHs takt tezlikli dördnüvəli "Snapdragon 801" prosessoru, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Arxa kameranın təsvir ölçüsü 16 meqapiksel təşkil edir.
Qurğu "Android 4.4" (KitKat) platforması ilə işləyir və iki SİM kart dəstəkləyir. "microSD" slot yoxdur.
Yeni aparatın çıxarılması sentyabra planlaşdırılıb. Aparat qızılı, qara və titan rənglərdə əlçatandır. Yeni cihazın qiyməti haqda məlumat yoxdur.
Milli.Az