Rusiya Premyer Liqasının ilk turunun "Rubin" - "Spartak" (0:4) görüşündə qəribə hadisə yaşanıb. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Rusiyanın asayiş keşikçiləri stadionda oyunu izləyən "Spartak"ın qadın azarkeşinə qarşı xoşagəlməz tələb irəli sürüblər. Belə ki, polislər Yevqeniya Trusovadan soyunmağı tələb ediblər.
Rusiya mətbuatının gündəminə düşən bu hadisə bütün qadın azarkeşlərin etirazına səbəb olub. Xanım azarkeşin özü də bu barədə məlumat verib: "Mən öz hüquqlarımı sonadək qorumağa hazıram. Dövlət işçisinin belə təklifi biabırçılıqdır. Səbəbkarlar cəzalanmalıdır. Bu hadisədən sonra, çətin ki, hansısa qadın azarkeş stadiona futbola baxmağa gəlsin... Biz biletimizi təqdim etdik. Daha sonra stadiona daxil olduq. Bundan sonra artıq nələrin olacağını təxmin etmək olardı. Polislər qarşımda dayanıb mənə baxırdılar. Düşündüm ki, mübahisə etmək üçün hələ tezdir və yoluma davam etdim. Daha sonra polislərdən biri "Soyunun" kəlməsini işlətdi. Təəccüblə ona baxıb sözün mənasını soruşdum. O isə cavab vermədi və güldü".
Xatırladaq ki, Yevgeniya "Miss Spartak 2013" gözəllik yarışmasının qalibidir.
Milli.Az