Yenilənmiş Honda CR-V sınaqlarda "ələ keçib" - FOTO

7 Avqust 2014 23:01
Worldcarfans dərgisi yenilənmiş Honda CR-V krossoverinin ilk casus şəkillərini dərc edib. Sınaq prototipi Cənubi Avropada yol sınaqları zamanı "ələ keçib".

Milli.Az 4charx.com-a istinadən bildirir ki, kuzovun ön və arxa hissələri örtük altında gizlədilib. Hər şeydən göründüyü kimi yolsuzluq avtomobili şəkli dəyişdirilmiş radiator barmaqlığı, başqa bamperlər, həmçinin fərqli əsas işıq faraları və arxa fənərlər əldə edəcək. CR-V interyerinin də müəyyən dəyişikliklərə məruz qalacağı istisna edilmir. Modelin texniki hissələrinin modernizasiyası haqqında hələlik məlumat yoxdur.

Yenilənmiş krossoverin Avropa və Şimali Amerikada satışlarının 2015-ci ilin ortlarından gec olmayraq başlanacağı gözlənilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.