Bəs deyirdilər videooyunlar zərərdir?
5 Avqust 2014 23:15
Oksford Universitetinin tədqiqatçılarının araşdırmasına görə, uşaqların kompüter oyunlarına marağı onların inkişafına müsbət təsir göstərə bilər.
Milli.Az ictnews-a istinadən bildirir ki, alimlərin gəldiyi nəticəyə əsasən, gündə ən azı bir saat kompüter oyunu oynayan uşaqlar ümumiyyətlə oynamayanlarla müqayisədə daha təmkinlidirlər.
Amma gündəlik üç saat oynayan istifadəçilərdə həyatdan məmnunluq səviyyəsi aşağı olub.
Araşdırmanın nəticələri "Pediatriya" jurnalında dərc olunub.
Layihənin direktoru, psixoloq Endryu Prjibilskiy 10-15 yaşlı 5 min uşaq arasında sorğu keçirib. Rəyi soruşulmuşların təxminən 75%-i bildirib ki, gündəlik kompüter oyunları oynayırlar.
Milli.Az