Restaylinq olunmuş Peugeot 508-in casus şəkilləri yayıldı - FOTO

5 Avqust 2014 21:35
Bu gün internetdə örtüksüz ələ keçmiş yenilənmiş Peugeot 508 modelinin təzə casus şəkilləri yayılıb. Xatırladaq ki, əvvəllər fransızların bu modeli istehsaldan çıxardacaqları haqqında xəbərlər yayılmışdı.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, bundan başqa məlum olub ki, 508 bu ay Moskvada keçiriləcək avtosalonda debüt edəcək. Əldə edilmiş şəkillərə əsasən demək olar ki, modelin qabaq hissəsi bütünlüklə yenilənib. Radiator barmaqlığı tamamilə dəyişdirilib, optika artıq işıqdioddur və daha ensiz olub. Kapotun və bamperin də görünüşü dəyişdirilib. Yeni modelin salonunda da yeniliklər var. Onlara cihaz panelini və 7 düymlük displeylə multimedia sistemini misal göstərmək olar.

Restaylinq edilmiş Peugeot 508 kapotu altında ya 150, ya da 180 at güclü iki litrlik dizel və ya 165 a.g. hasil edən 1,6 litrlik benzin turboaqreqat yer alacaq.

Modelin qiyməti haqqında hələlik məlumat yoxdur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.