Döyüş təyyarələrimiz cəbhə xətti boyu uçuşlar edir
4 Avqust 2014 11:50
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri cəbhə xətti boyu uçuşları davam etdirir
APA
-nın xəbərinə görə, təyyarələr bu gün səhər saatlarından etibarən təmas xətti boyu müşahidə xarakterli uçuşlar həyata keçirir.
Təyyarələrin Ağdam, Goranboy, Tərtər, Füzuli, Beyləqan və Xocavənd istiqamətində uçuşları müşahidə olunur.
Milli.Az