Daha bir erməni əsgəri öldü
3 Avqust 2014 17:03
Ermənistanın daha bir əsgəri döyüşdə ölüb.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Arçrun Ovanisyan öz Facebook səhifəsində çıxış edib.
O, ölən əsgərin adının Sarkis Barmenoviç Movsisyan olduğunu bildirib. Onun 1994-cü il təvəllüdlü olduğu deyilib. A.Ovanisyan Movsisyanın Azərbaycan ordusunu gülləsinə tuş gəldikdən sonra yaralı olaraq hospitalda yatdığını və bu gün öldüyünü söyləyib.
Qeyd edək ki, Ermənistan tərəfi dünənki açıqlamasında Azərbaycan Ordusunun atəşi nəticəsində bir nəfərin öldüyü, üç əsgərin yaralandığı haqqında informasiya yaymışdı.
Milli.Az