Döyüş təyyarələrimiz cəbhə xətti boyu uçuşlar həyata keçirir - YENİLƏNİB - VİDEO
2 Avqust 2014 14:49
Azərbaycanın döyüş təyyarələri cəbhə xətti üzərində uçuşlara başlayıb
13:00
APA-nın məlumatına görə, döyüş təyyarələri bu gün Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya faktı təsdiqləyiblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib.