Bentley-dən yeni superkar

3 Avqust 2014 19:22
Bentley-nin baş direktoru Volfqanq Dürhaymer bu yaxınlarda şirkətin başlanğıc səviyyə kupe buraxmaq planlarını təsdiq edib. Öz-özlüyündə belə bir şirkət üçün "başlanğıc" sözü heç də ucuz və zəif demək deyil. Yeni modelin Audi R8 bazasında hazırlanacağı haqqında məlumat bunu bir daha təsdiq edir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni avtomobilin mənəvi ilhamvericisi 1999-cu ildə Cenevrə avtosalonunda təqdim edilmiş Bentley Hunaudieres konsepti (şəkillər həmin konseptə məxsusdur) olacaq. Autocar-ın məlumatına görə sportkar Audi R8 bazasında hazırlanacaq və bunun üçün britaniyalılar V10 deyil, W12 mühərrikindən istifadə edəcəklər.

Hələlik Bentley son qərar verməsə də, Dürhaymerin sözlərinə görə, bu məsələyə ciddi baxılır və yeni model Continental GT ilə Mulsanne arasında boşluğu dolduracaq.

Milli.Az