Yaralı əsgərlər Bakıya gətirilir - YENİLƏNİB - FOTO - VİDEO
2 Avqust 2014 14:11
Cəbhədə yaralanan 8 hərbçi helikopterlə paytaxa yola salınıb
11:30
Bu gecə cəbhə bölgəsində yaralanan əsgərlər artıq Bakıya yola salınıb.
Anspress-in verdiyi məlumata görə, gecə saat 03:00-dən 05:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən 8 əsgərimiz yaralanıb. Yaralılar ağır vəziyyətdə olduqları üçün onları paytaxta yola salınıb.
Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə aparılıb.
Qeyd edək ki, atışma zamanı milli ordumuzun 5 hərbçisinin şəhid olduğu deyilir. Lakin hələlik şəhidlərdən yalnız dördünün kimliyi məlum olub. Həlak olan hərbi qulluqçular: - gizir Əliyev Pərvin Səlahəddin oğlu; - kiçik gizir Hüseynov Rahil Əfsər oğlu; - kiçik gizir Əhmədov Elçin Rasim oğlu; - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.