Mətbəx sirləri: Toyuqlu börək

4 Avqust 2014 07:00
Milli.Az "Sofra" dərgisinə istinadən toyuqlu börəyin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 yuxa
500 q toyuq əti
2 x.q. un
3 x.q. zeytun yağı
muskat cevizi
1,5 st. toyuq bulyonu
3 x.q. bitki yağı
duz

üzərinə:
1 yumurtanın sarısı
küncüt

Toyuq ətini noxud böyüklüyündə doğrayın. 2 st. su əlavə edərək 15 dəqiqə bişirin. Suyunu süzüb bir qaba yığın.

Unu zeytun yağında qovurun. Azacıq rəngi dəyişəndə 1,5 st. toyuq bulyonunu əlavə edin, qarışdırın. Krem qatılığına gəlincə muskat tozu və duz əlavə edin. Toyuq ətini də əlavə edib 1-2 dəqiqə bişirin. Yuxaları 4 bərabər yerə bölün. Hər birinin üzərinə bitki yağı çəkin. İç qoyub 3-4 barmaq enində rulet bükün. Üzərinə yumurta sarısı çəkib küncüt səpin.

Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.

Milli.Az