Tələbələr üçün iyun, iyul, avqust ayları işləmək baxımından olduqca əlverişli aylardır. Bu aylarda bütün günü boş olan tələbələr girdikləri işdə də normal çalışaraq tam əməkhaqqı ala bilirlər. Dərs ilindən fərqli olaraq part-time, yəni yarım iş günü çalışmaq məcburiyyətində olmayan tələbələr əsas problemi iş tapmaqda görürlər. Belə ki, heç bir müəssisə tələbə olan gəncə bütün iş gününü əhatə edəcək iş vermir. Səbəb isə bütün iş günü işləmək imkanının sadəcə 3 ay olmasıdır. İllik təhsil haqqı, ev ödənişi və bu kimi maddiyat tələb edən problemlərin həlli üçün işləmək məcburiyyətində olan tələbələr isə bundan narazıdır.Dərs müddətində çalışan tələbələrin bilik keyfiyyəti aşağı düşür