"Mançester Yunayted"in "Adidas" firması ilə uzunmüddətli müqaviləsinin təfərrüatları məlum olub. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 10 illik anlşmaya görə "MY" 750 milyon avro əldə edəcək.
2015-2016 mövsümündən etibarən "qırmızı şeytanlar" ardıcıl 2 mövsüm Çempionlar Liqasının qrup mərhələsinə çıxa bilməyəcəkləri təqdirdə reklam müqaviləsinə görə alacaqları məbləğ 3 dəfə azaldılacaq.
"Adidas" müqaviləyə xitam da verə bilər. Bu, "MY"-in aşağı divizyona yuvarlanacağı təqdirdə baş verə bilər.
Lakin "Mançester Yunayted" İngiltərə Çempionatı və ya Kuboku, Çempionlar Liqasında qələbə qazanacağı halda kluba həmin mövsüm üçün 4 milyon avro bonus ödəniləcək.
Milli.Az