ABŞ-ın Çikaqo şəhərindəki "ArrowStream" şirkətinin texniki direktoru Entoni DeFranses vəzifəsindən kənarlaşdırılandan sonra çalışdığı ofisi qana bulayıb.
O, tapança ilə silahlanaraq ofisə girib və şirkətin direktorunun otağına yollanıb.
"Bank of America"ya məxsus göydələnin 17-ci mərtəbəsindəki ofisdə 54 yaşlı direktor Stiven Lavuanın otağına girən 59 yaşlı E.DeFranses tapançasını çıxararaq direktora iki dəfə atəş açıb. Daha sonra o, katibəni vurub.
Direktor ağır yaralanaraq yerə yıxılıb. Bundan sonra E.Franses tapançanı gicgahına dirəyərək atəş açıb və intihar edib.
Milli.Az ABC7-yə istinadən bildirir ki, direktorla katibə təcili yardımla xəstəxanaya aparılıblar.
3 övlad atası olan Stiven Lavuanın kritik vəziyyətdə olduğu bildirilir. O, hospitalın reanimasiya bölməsindədir.
Polisdən verilən məlumata görə, 2000-ci ildə "ArrowStream" şirkətində çalışmağa başlamış Entoni DeFransesin törətdiyi olayın səbəbi onun texniki direktor vəzifəsindən azad olunaraq menecer postuna təyin olunmasından sonra affekt vəziyyətinə düşməsi güman olunur.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.