Messinin sevgilisi ilə açıq-saçıq şəkilləri yayıldı - FOTO
31 İyul 2014 21:14
Lionel Messi sevgilisi Antonella Raquzzo ilə istirahət edərkən görüntüləniblər.
Futbol üzrə Argentina yığması və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi sevgilisi Antonella Raquzzo ilə istirahət edərkən görüntülənib.
Milli.Az anspress-ə istinadən bildirir ki, İtaliya sahillərində Ponza adasında dincələn cütlük paparazzilərin kamerasına tuş gəlib. Fotoşəkillərdən göründüyü kimi Messi və Antonello kirayə götürdüyü yaxtada istirahət edirlər.
Qeyd edək ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra futbolçuların əksəriyyəti istirahətə yollanıblar. Bu yaxınlarda Portuqaliya yığmasının futbolçusu Kristianu Ronaldu və onun sevgilisi İrina Şeykin dincələrkən fotoları yayılmışdı. Milli.Az