Sumqayıtda tank əleyhinə istifadəyə yararlı qumbaraatan mərmisi tapıldı

30 İyul 2014 18:45

Sumqayıt şəhərində döyüş sursatı tapılıb

Milli.Az trend.az-a istinadən  xəbər verir ki, Sumqayıt şəhərində qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.
 

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd RPQ-17 tank əleyhinə qumbaraatan mərmisidir.


Aşkar edilmiş hərbi sursatı müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Milli.Az