Baş Prokurorluğa işçilər lazımdır

16 Fevral 2010 11:10
Bu barədə Milli.Az xəbər portalına Prokurorluğun mətbuat xidmətindən məlumat daxil olub.

Qurumun yeni yaradılmış Hüquqi təminat və informasiya idarəsinin Informasiya texnologiyalarının tətbiqi xidmətinə aşağıdakı vəzifələr üzrə ali təhsilli və iş təcrübəsi olan şəxslərin işə qəbulu elan edilib.

- Baş mütəxəssis (sistem administratoru) - 1 yer; (MS WINDOWS SERVER, GNULINUX, ISA SERVER, ACTIVE DIRECTORY, VPN, ANTIVIR üzrə sertifikatı olmalıdır),

- Baş mütəxəssis (şəbəkə administratoru) - 2 yer; (MS WINDOWS SERVER, GNULINUX, TCPIP, IPX, VPN, CİSCO, ANTIVIR üzrə sertifikatı olmalıdır),

- Baş mütəxəssis (mühəndis-proqramçı) - 2 yer; (PHP, JAWA, MYSQL, DELPHI, ORACLE üzrə sertifikatı olmalıdır).

- Mütəxəssis (şəbəkə mühəndisi) - 1 yer; (MS WİNDOWS SERVER, GNULINUX, LDAP, ERP, VPN, İPSEC, PROXY, sənəd dövriyyəsi sistemləri üzrə sertifikatı olmalıdır).

İşə qəbulla əlaqədar namizədlər 2010-cu il martın 1-dək Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edə bilərlər.

Milli.Az