"Fənərbağça" ulduz futbolçusunu niyə göndərir?

30 İyul 2014 13:29
"Fənərbağça" klubu Raul Meyreleşi ikinci plana atdı.

Milli.Az fanatik-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçuya yeni mövsümdə forma geyinmək şansı çox az, yaxud da heç verilməyə bilər. Buna səbəb son zamanlarda uğursuz çıxışı, dünya çempionatındakı fiaskosu və yeni qaydalara əsasən, legioner limiti göstərilib. Klubun və futbolçunun nə qərar verəcəyi hələ açıqlanmır.

Qeyd edək ki, Meyreleş ilə yaxından maraqlananlar içərisində "Portu", "Zenit" və "Vest Hem" kimi klublar yer alır.

Milli.Az