Azərbaycanlı müğənninin evində toydur

30 İyul 2014 12:31
Xalq artisti Mələkxanım Əyyubovanın ailəsində xoş gün yaşanır
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu gün müğənni Mirkamil Kamilovun qardaşı Mirkazımın toyu olacaq.

Bu haqda "Hər şey daxil" verilişində ifaçı Elçin Hüseynov məlumat verib. O, müğənni-bəstəkar Ramal İsrafilovdan danışaraq, onun bibisi oğlunun toyu münasibətilə Şamaxıda olduğunu bildirib:

"Mirkamilin qardaşının toyudur. Ramal da bu münasibətlə Şamaxıdadır. Mən də məclisə yollanacam".

Qeyd edək ki, Mirkamil Kamilov M.Əyyubovanın qardaşı oğlu, R.İsrafilov isə bacısı oğludur.

Milli.Az